Müqəddəs ramazan ayının 27-ci gecəsini qeyd etmək istəyən Ukrayna müsəlmanları, paytaxt Kiyevdəki İslam Mədəniyyəti mərkəzinə aid məscidə toplaşıblar.
Burada açılan süfrələrdə oruclarını açan müsəlmanlar, daha sonra namaz qılıb dualar edərək müqəddəs Qədr gecəsini əhya ediblər.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında 2022-ci il fevralın 24-də müharibə başlayıb. Çox sayda mülki insanın ölümü ilə nəticələnən müharibə bu gün də davam edir.