Ukraynanın Odessa şəhərində ata və oğul islam dinini qəbul edərək müsəlman olublar. Ukraynalı Vitali və oğlu Sergey İmanovlar şəhərdəki “Əs-Səlam” məscidinə gedərək müsəlman olmaq istədiklərini bildiriblər.
Məsciddə onlara islam dini barədə ətraflı məlumat verilib, daha sonra ata və oğlu kəlimeyi-şəhadət gətirərək müsəlman olublar.
“Uzun müddətdir İslam dinini qəbul eləmək barədə fikirləşirdim. Amma indi qərarımı verdim. Axırıncı din kimi Allah bizə islamiyyəti göndərib. Bu dində məlumat çoxdur…” – deyə Vitali İmanov bildirib.
“Müsəlman olmağa qərar verdim, amma bunu necə edəcəyimi bilmirdim. Bu məsələdə ailəm mənə kömək etdi. Bu gün bu qərarı verərək müsəlman olduğum üçün özümü xoşbəxt iss edirəm.” – Sergey İmanov qeyd edib.