Həcc mövsümü və Qurban bayramının başa çatması ilə Səudiyyə Ərəbistanı krallığı Ümrə mövsümünün başladığını elan edib.
Bu barədə məlumat yayan krallığın rəsmi SPA agentliyi 3 iyuldan etibarən Ümrə mövsümünün başladığını bildirib.
Xəbərdə həmçinin, Məkkə və Mədinə ziyarətləri səbəəbilə Ümrə vizaları üçün xarici ölkə vətəndaşlarının online müraciət edə biləcəkləri qeyd edilib.
Viza alanların isə 1 məhərrəm 1445-ci il (19 iyul) tarixdən etibarən Ümrə ziyarətinə gələ biləcəkləri açıqlanıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı krallığı Həcc və Ümrə Nazirliyininin rəsmi açıqlamasına görə bu il 150 ölkədən ümumilikdə 1 milyon 845 min nəfər hacı olub.