Səudiyyə Ərəbistanı krallığı 2021-ci il yanvarın 1-dən, qlobal pandemiya səbəbindən ölkənin giriş-çıxışına qoyulan məhdudiyyəti aradan qaldıracaq.
Bu barədə rəsmi SPA agentliyi krallığın Daxili İşlər Nazirliyinin bəyanatına istinadən xəbər yayıb.
Xəbərdə bildirilir ki, dövlət məmurları, biznesmenlər, xəstələr, xüsusi vəziyyəti olanlar və tələbələr üçün bu məhdudiyyət sentyabrın 15-dən ləğv olunacaq.
Bəyanatda həmçinin, Körfəz Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin vətəndaşlarının Krallıq ərazisinə giriş-çıxışlarının sərbəst olacağı, kovid-19 pandemiyasının yayılma sürəti nəzərə alınaraq ümrə ziyarətlərinin bərpa edilməsinin gündəmə gələ biləcəyi qeyd edilib.
“Anadolu”