Səudiyyə Ərəbistanı Kallığı koronavirus təhlükəsinə qarşı yeni bir əmrlə öz vətəndaşlarına və bu ölkədə yaşayan insanlara da ümrə ziyarətini müvəqqəti qadağan etdi. İslamveirfan.com xəbər verir ki, bu barədə rəsmi SPA agentliyi Krallığın Daxili İşlər nazirliyinə istinadən məlumat yayıb.
Məlumatda, bu qərarın mütəmadi olaraq gözdən keçiriləcəyi, lazım gələrsə ləğv ediləcəyi bildirilib. Həmçinin, daha əvvəl xaricdən gələn zəvvarlara qoyulan qadağanın da qüvvədə olduğu qeyd edilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığında ilk koronavirus hadisəsi martın 2-də Bəhreyndən bu ölkəyə daxil olmağa çalışan İran vətəndaşında qeydə alınmışdı.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi yanvarın 27-də koronavirus təhlükəsi səbəbilə Ümrə və Məscidi-Nəbəvi ziyarətlərinin müvəqqəti olaraq dayandırıldığını açıqlamışdı.