ÜMRƏDƏ VƏFAT EDƏN AZƏRBAYCANLI ZƏVVAR MƏDİNƏDƏ DƏFN OLUNUB

0

Azərbaycandan Səudiyyə Ərəbistanına, Ümrə ziyarətinə yola düşən zəvvar Mürsəlov Əli Maqmed oğlu Mədinə şəhərində vəfat edib.

“Report” xəbər verir ki, zəvvar Ə.Mürsəlov ziyarətin 3-cü günündə qəfildən ürək çatışmazlığından və infarkt səbəbindən 80 yaşında dünyasını dəyişib.

Bildirilib ki, mərhum bu gün səhər saatlarında Mədinə şəhərində, Uhud şəhidlərinin yerləşdiyi qəbristanlıqda ailəsinin razılığı ilə dəfn olunub.

Həmçinin məlumatda qeyd olunub ki, mərhum zəvvar 3-cü aydır ki, Ümrə ziyarətinin növbəsini gözləyirmiş.

Dəfn işləri Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyi və Səudiyyə Ərəbistanında yerləşən Al-Rawda şirkətinin vasitəçiliyi ilə həyata keçirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AŞQABADDA İLHAM ƏLİYEV RƏCƏB TAYYİB ƏRDOĞANLA GÖRÜŞÜB

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Görüşdə iki ölkə...

Bağla