Səudiyyə Ərəbistanı krallığı oktyabrın 18-dən ikinci qrup Ümrə zəvvarlarını qəbul etməyə hazırlaşır.
Bu barədə Milli Həcc və Ümrə komitəsinin rəsmisi Hani əl-Umeyri açıqlama verib.
“Ümrə ziyarətinə gedəcək zəvvarlar Mədinədəki Məscidi-Nəbəvini də ziyarət edə biləcəklər. İkinci qrupla eyni vaxtda 600 min zəvvar Məscidi-Haramda namaz qıla biləcəklər. Həm Ümrə etmək istəyənlər, həm də sadəcə Məscidi-Nəbəvini ziyarət etmək istəyənlər “eatmarna” tətbiqi ilə qeydiyyatdan keçməlidirlər.” – deyə əl-Umeyri bildirib.
Ziyarət əsnasında zəvvarları daşıyan avtobuslar 40% həcmlə xidmət göstərəcəklər. Otellərdə isə hər nömrədə sadəcə 2 zəvvar qalacaq.
Qeyd edək ki, Ümrə ziyarətinin mərhələli bərpası planına görə, 7 aylıq fasilədən sonra oktyabrın 4-də Ümrə ziyarətləri bərpa edilib. Bu mərhələ sadəcə Səudiyyə Ərəbistanı vətəndaşlarını əhatə edir. Oktyabrın 18-dən S. Ərəbistanından olan ikinci zəvvar qrupu Ümrə ziyarətini yerinə yetirəcək.
Noyabrın 1-dən isə, Ümrə ziyarəti üçün ölkə xaricindən zəvvar qəbul ediləcəyi bildirilir.
İHA