Omikron ştamında baş verən artım səbəbilə Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliyi əcnəbi zəvvarların ölkəyə qəbul edilməsi şərtlərini dəyişdirib.
Əcnəbi zəvvarlar üçün tətbiq edilməsi məcburi olan qaydalar peyvənd, PCR və karantin olmaqla üç mərhələdən ibarətdir.
Buna görə xaricdən gələn və Səudiyyə Ərəbistanın qəbul etmədiyi, amma Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi vaksinlə peyvənd olunanlar üç günlük karantinə götürüləcəklər. Karantin sonunda PCR testi neqativ çıxanlar ümrə ziyarətlərini həyata keçirəcəklər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı; 2 doza Pfizer BioNTech, Comirnaty, Oxford AstraZeneca, Covishield, SK Bioscience, Vaxzevria, Moderna, Spikevax və 1 doza Johnson & Johnson peyvəndlərini qəbul edir.
Əcnəbi zəvvarlara tətbiq edilən yaş məhdudiyyəti isə 18 yaşla 50 yaş arası olaraq açıqlanıb.