ÜMRƏ ZİYARƏTLƏRİ YENİDƏN BAŞLADI

0

Təxminən 6 aydır qlobal pandemiya səbəbindən dayandırılan Ümrə ziyarəti yenidən başladı.

Bu barədə Məscidi-Haram və Məscidi-Nəbəvi komitəsinin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat paylaşılıb. Səhifədə məlumatla yanaşı zəvvarların müqəddəs Kəbəni tavaf etdiyi əks etdirn fotolar da paylaşılıb.

Bildirilib ki,ziyarət vaxtı Kəbənin ətrafında olan hasar götürülməyəcək, zəvvarların Kəbəyə və Həcərül-Əsvədə toxunmasının qarşısı alınacaq. Həmçinin Məscidi-Haram hər gün 10 dəfə dezinfeksiya ediləcək, zəvvarlara zəmzəm suyu qapalı qablarda veriləcək.

Kovid-19 simptonları müşahidə edilən zəvvarlar xüsusi otaqlarda karantin altına alınacaq.  

İlkin mərhələdə Məscidi-Haramın 30%-lik həcmdə (gündə 6 min zəvvar) fəaliyyət göstərəcəyi, oktyabrın 18-dən bu həcmin 75%-ə çatdırılacağı bildirilib.

Həmçinin, oktyabrın 18-dən Məscidi-Nəbəvi də 75% həcmlə zəvvarların ziyarətinə açılacaq.

Bu vaxt ərzində isə sadəcə Səudiyyə Ərəbistanının vətəndaşları Ümrə ziyarəti edə biləcəklər.

Noyabrın əvvəlindən isə xarici ölkələrdən Ümrə ziyarəti üçün zəvvarlar qəbul ediləcək.

Pandemiyanın davam etmə müddətinə görə isə Məscidi-Haramda və Məscidi-Nəbəvidə xəstəliyə qarşı hər cür tədbirlər davam edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəsmiləri bir müddət əvvəl oktyabrın 4-də Ümrə ziyarətinin yenidən başlayacağını açıqlamışdı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ordu rəhbərliyi döyüş tapşırıqlarının uğurlu icrasını planlaşdırır və təşkil edir

Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının uğurlu icrasını planlaşdırır və təşkil edir.  İslamveirfan.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin...

Bağla