UNESCO-nun mənzil-qərargahında TÜRKSOY-un yubileyi qeyd olunub

0

Fransanın paytaxtı Parisdə UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 30 illiyi qeyd edilib.

“Report”un yerli bürosu bildirir ki, Azərbaycan, Türkiyə, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistanın UNESCO yanında daimi nümayəndəliklərinin dəstəyi ilə TÜRKSOY-un 30 illiyinə həsr edilmiş “Biz birgəyik” konsert keçirilib.

Tədbirdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, diplomatik korpusun nümayəndələri, fransalı jurnalistlər, incəsənət nümayəndələri və digər şəxslər iştirak ediblər.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev türk xalqlarının özlərinin qədim, çoxəsrlik tarixi boyu dünya, bəşər mədəniyyətinə böyük töhfələr verdiyini, onu zənginləşdirdiyini bildirib. O türk xalqlarınının tarix boyu insan həyatının bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərdiklərini, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və qiymətli bədii əsərləri, müsiqisi ilə onun parlaq səhifələrini yaratdıqlarını xüsusi qeyd edib.

UNESCO-nun Prioritet Afrika və Xarici Əlaqələr üzrə baş direktorun köməkçisi Entoni Ohemen-Boama türk xalqlarının hər birinin özgün xüsusiyyətlərə malik olduğunu bildirib, dünya mədəniyyətinə verdiyi töhfələrinə toxunub.

TÜRKSOY-un baş katibinin müavini Sait Yusuf təşkilat haqqında, onun məqsədləri, layihələri haqqında qonaqlara məlumat verib.

Konsertdə türk xalqlarının xalq musiqiləri səsləndirilib. Konsertdə azərbaycanlı müğənni Gülzar Fərəcova, Azərbaycan Dövlət Rəqs və Musiqi Ansanblı, “Muğam” musiqi ansamblı iştirak ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Astronomlar Kiçik Magellan buludunun iki fərqli hissədən ibarət olduğunu aşkarlayıblar

Astronomlar Südyolu qalaktikasının peyklərindən biri olan Kiçik Magellan buludunun çox fərqli kimyəvi tərkibə, bir sıra yeni və qədim ulduzlara malik...

Bağla