İnsanlar sosiallıq baxımından bir-birindən fərqlənirlər. Bəziləri başqalarıyla tez ünsiyyət qura bilərkən bəziləri isə insanlarla öz aralarında məsafə qoymağı ön planda saxlayırlar. Ünsiyyət qurmaq, yaxud uzaq durmaq insan mizacıyla birbaşa ələqəlidir. Mizacında ünsiyyət qurma qabiliyyəti kök salmış insanların asosial olması çətin olduğu kimi, tam tərsinə mizacında insanlarla öz arasına məsafə qoyma ehtiyacı olan insanların da sosial olmaları çətin məsələdir. Bunun hər ikisi də vərdişlərlə yəni “məşq” etməklə nizamlana bilər. Hər iki durumun aşırılığı pisdir və insan öz üzərində çalışaraq “anormallığı” düzəltməlidir. Enneaqram elmində bunun səbəbləri və həll yolları açıqlanmışdır. Ünsiyyətçil olmağın ən bariz əlaməti; Ətrafdakı insanlarla tez, asan və yorulmadan əlaqə qura bilmə qabiliyyətidir. Məhz bu insanlar deyib-gülən, sevinən və sevindirən, dinləməkdən çox danışmağa üstünlük verən, tək qalmağı sevməyən və dost axtaran, insanların çox olduğu yerlərdə qalmağı və onlarla vaxt keçirməyi sevən insanlardır. Qeyri-ünsiyyətçil insanlar isə yuxarıda sadalananların tam tərsinə meyl edən insanlardır. Belə ki, qeyri-ünsiyyətçil insanlar tək qalmaqdan sıxılmayan, öz-özlərini məşğul edə bilən, çox danışmaqdan həzz almayan tam əksinə diqqətlə dinləməyə üstünlük verən, insanların toplaşdığı yerlərdə uzun müddət qala bilməyən insanlardır. Bu iki tip insan xüsusiyyətlərinin ortasında bərqarar olan insanlar da var. Enneqramdakı mizac tiplərini diqqətə aldığımızda belə bir şablon ortaya çıxır.
Enneaqramdakı mizac tiplərinin bu və ya diğər “ünsiyyət modelinə” aid olması barədə danışarkən, sözü gedən mizacdakı insanın normal halında büründüyü əhval-ruhiyəsini və daxili psixologiyasından danışırıq. İnsanlar stress altında, gərgin vəziyyətdə ikən, yaxud xoşlarına gəlməyən hallarla qarşı qarşıya gəldikləri zamankı ünsiyyət hallarıyla, onların rahat və problemsiz bir vəziyyətdəki ünsiyyət halları eyni deyildir. O zaman belə deyə bilərik; İnsanların ünsiyyətçil olub olmamaları onların psixoloji hallarıyla bir başa əlaqədardır. Qeyri-ünsiyyətçil bir insanın stress içindəykən ünsiyyətçil bir insan olması mümkündür, lakin davamlı bir hal deyildir. Yuxarıdakı kateqoriyalar insanların normal psixoloji vəziyyətdəykən sahibləndikləri “ünsiyyət hallarıdır”.
Aşağıda enneaqramdakı mizac tiplərinin ünsiyyətçil, orta-ünsiyyətçil və qeyri-ünsiyyətçil insan olduqları tablo halında göstərilmişdir.
Rəşad Manafov