UŞAQLARIN PSİXOLOJİ SAĞLAMLIĞI ÜÇÜN 10 ADDIM

0

Hər bir valideynin ideal uşaq yetişdirmək üçün bilib diqqət etməsi lazım olan ən önəmli nöqtələrdən biri də uşaqların psixoloji inkişafı və ruhi vəziyyətləridir. Bəzən ata-analar uşaqlarına yedirdikləri yemək, geyindirdikləri paltar qədər belə onların mənəvi sağlamlıqlarını düşünmür və bu məsələni gözardı edirlər. Psixoloji baxımdan gözardı edilən uşaqlar isə gələcəkdəki həyatlarında öz ailələri və ümumi cəmiyyət üçün bir təhlükə mənbəyinə çevrilə bilir.

Əgər siz də valideynsinizsə psixoloji problemlərin meydana gəlməməsi üçün üzərinizə düşən bu vəzifələri bilməlisiniz:

  1. Uşaq psixologiyası və təhsili haqqında məlumat sahibi olun, ümumi psixoloji pozğunluqlar mövzusunu oxuyub öyrənin.
  2. Uşaq böyütməyi sadəcə qidalanma, geyindirmə, yaşayış yeri ilə təmin etmək və qorumaq olaraq görməyin. Uşaqlarınızın ruhi sağlamlığına diqqət edin və emosyanal olaraq onların inkişaf mərhələlərinə görə ehtiyaclarını qarşılayın.
  3. İstəyərək uşaq sahibi olun və dünyanın ən çətin sənəti sayılan uşaq yetişdirmə mövzusuna istəkli olun.
  4. Uşağınız ilə öz aranızda yaxşı münasibət şəraiti yaradın və bunun üçün xüsusi vaxt ayırın.
  5. İdeal və hüzurlu bir ailə mühiti formalaşdırın ki, uşağınız fiziki və psixoloji olaraq rahat inkişaf edə bilsin.
  6. Valideyn olaraq ayrı-ayrılıqda uşağınıza dəyər verdiyinizi ona hiss etdirin. Bunun üçün mütəmadi olaraq ona sevginizi bildirin və varlığının əhəmiyyətini hiss etdirərək ona motivasiya verin.  
  7. Uşağınıza yaşına uyğun olaraq vəzifələr verin, onu dəstəkləyin, müsbət yönlərini və uğurlarını mükafatlandırın.
  8. Yanlış və gələcəkdə problem yarada biləcək davranış və hərəkətlərinin qarşısını münasib qadağalarla məhdudlaşdırmağa çalışın.
  9. Uşağınızı həddindən artıq qorumaqdan və qayğı göstəməkdən uzaq olun. Ata-ana olaraq ona ayrı-ayrı münasibət sərgiləməyin, yaşına uyğun davranın və onu başqaları ilə müqayisə etməyin.
  10. Problemlərə vaxtında müdaxilə etməyə çalışın.  Dost çevrəsinə, sosial mühitinə və ideal təhsil səviyyəsinə diqqət edin.

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KEÇƏN İL AZƏRBAYCANDA UŞAQLARA ƏN ÇOX ZEYNƏB VƏ YUSİF ADI QOYULUB

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub. 2020-ci ildə oğlan və qız uşaqlarına qoyulan adlar arasında ilk...

Bağla