“Qəzzada hamı acdır, çoxları aclıqdan ölür. Kifayət qədər qida olmasa, daha çox insan xəstələnəcək və öləcək”.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) X sosial şəbəkə platformasında etdiyi paylaşımda bildirilib.
Paylaşımda yoluxucu xəstəliklərin yayılması barədə xəbərdarlıq edilib.
“Aclıq insanların xəstəliklərlə mübarizə qabiliyyətini zəiflədir. Kifayət qədər qida olmasa, daha çox insan xəstələnəcək və öləcək.” – deyə paylaşımda vurğulanıb.
Qəzzalıların iztirablarına son qoyulmalı olduğu qeyd edilən paylaşımda “dərhal atəşkəs” çağırışı edilib.