UYĞUR TÜRKLƏRİ ÜÇÜN BEYNƏLXALQ İCTİMAİYYƏTƏ MÜRACİƏT EDİLDİ

0

Müxtəlif dinlərin mənsubu olan 70 din xadimi, Şərqi Türküstanda Çinin Uyğur Türklərinə qarşı törətdiyi təzyiqlərin dayandırılması üçün açıq məktubla beynəlxalq ictimaiyyətə müraciət edib. Məktubda, yəhudi soyqırımından bəri Çində bəşəriyyətin məruz qaldığı ən faciəvi qırğının baş verdiyi, bu işə görə məsuliyyət daşıyanların cavab verməsi tələb olunub.

Müsəlman, xristian və yəhudi din xadimlərinin imzaladığı məktubda, Çində ən azı 1 milyon uyğur və müsəlmanın əsir düşərgələrində saxlanılaraq aclıq, işgəncə, cinayət, cinsi zorakılıq, köləlik və məcburi orqan transplantasiyasına məruz qaldıqları ifadə edilib.

Müraciətdə, düşərgələrin xaricində də dini azadlıqların tamamilə məhdudlaşdırıldığı, Uyğur qadınların 80%-nin ailə planlamasına məcbur edildiyi və qısırlaşdırıldığı yazılıb, bunun soyqırımı kimi dəyərləndirilə biləcəyi vurğulanıb.  

Məktubda; İngiltərə kilsəsindən 5 yepiskopun, Dalay Lamanın Avropa nümayəndəsinin, Beynəlxalq Tolerantlıq mərkəzindən imam Nabel Rafinin, İngiltərə Lordlar palatasının üzvü ravvin Culiya Neyberger və bi çox nüfuzlu din xadiminin imzası var.

/euronews/

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURBAN BAYRAMINDAN QALAN GÖZƏL BİR XATİRƏ

Bu qurban bayramında Şəkidə qəribə və bir o qədər də xoş ovqat yaradan bir hadisə baş verib. Şəhərimizdəki mötəbər insanlardan...

Bağla