“VƏTƏN MÜHARİBƏSINDƏ TÜRKİYƏNİN TAM DƏSTƏYİNİN ŞAHİDİ OLDUQ”

0

“Azərbaycanla Türkiyə arasında mövcud olan münasibətlər bütün sahələrdə ən yüksək səviyyədə inkişaf edir və etməkdədir. Və dövlət başçılarımızın bilavasitə iştirakı ilə münasibətlər günbəgün inkişaf edir”.

Məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə bütün sahələrdə Türkiyənin tam və birmənalı dəstəyinin şahidi olduq.

“Bu dəstək bizə əlavə güc və ruh yüksəkliyi verirdi. Hesab edirik ki, Azərbaycan-Türkiyə birliyi bu gün ən yüksək səviyyədədir. Biz böyük məmnunluq hissi ilə onu qeyd etmək istərdik ki, üçtərəfli bəyanat əsasında imzalanmış sazişi ilə, regionda yeni təhlükəsizlik formatı təyin edilib. Artıq Rusiya-Türkiyə Birgə Mərkəzi fəaliyyətdədir, Türkiyə Qarabağda minalanmış ərazilərin təmizlənməsində çox fəal iştirak edir. Türkiyənin regionda dayanıqlı sülhün təmin edilməsində rolu böyükdür”.

Nazir əlavə edib ki, Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu, müştərək neft və qaz layihələri ilə əlaqəli geniş fikir mübadiləsi aparılıb.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DÖVLƏT KOMİTƏSINƏ YENİ SƏDR MÜAVİNİ TƏYİN OLUNUB

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr müavini təyin olunub. Məlumata görə, bununla bağlı müvafiq sənəd imzalanıb. Sənədə əsasən,...

Bağla