VƏTƏN SİZİ UNUTMAYACAQ!

0

“Aprel döyüşləri”nin əfsanəvi qəhrəmanı Şükür Həmidov şəhid olub.

Şükür Həmidov öz doğma rayonu olan Qubadlının işğaldan azad olunmağı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.  Belə ki, 1975-ci ildə Qubadlı rayonunda anadan olub və 8-ci sinifə qədər rayonun Başarat kəndinin orta məktəbində təhsil alıb. Hərbiçi olmaq arzusunda olan Şükür Həmidov Cəmşid Naxçıvanski adına hərbi litseyinə və buranı bitirdikdən sonra Həzi Aslanov adına Hərbi Məktəbə daxil olub.

Şükür Həmidov 2016-cı ildə baş verən “Aprel döyüşləri”ində Lələtəpə yüksəkliyinin azad olunmağında böyük şüacət göstərib. Buna görə də Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev ailəsinə baş sağlığı verib. Həmçinin Şükür Həmidovun doğulduğu və azadlığı uğrunda şəhid olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini qeyd edib.

Şəhidimizə Allahdan rəhmət, ailəsinə baş sağlığı diləyirik.

Vətən Sağ Olsun!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
7 AYLIQ FASİLƏDƏN SONRA KƏBƏDƏ CÜMƏ NAMAZI QILINDI

Qlobal pandemiya səbəbindən kütləvi ibadətlərin dayandırıldığı Məkkə şəhərindəki Kəbəyi-Mükərrəmədə 7 aylıq fasilədən sonra ötən gün ilk cümə namazı qılınıb. Məscidi-Harama...

Bağla