VAY O NAMAZ QILANLARIN HALINA

0

Allah-Təala insanı dünyaya tər-təmiz göndərir. Eyni zamanda, insanın bu dünyadan gedərkən də təmiz getməsini istəyir. Allah, həyat yolunda nəfs və şeytanın hilələrinə aldanaraq təmizliyi ləkələyənlər üçün tövbə qapısını son nəfəsə qədər açıq saxlayır. Möminin ibadət edərək könül aləmini təmizləməsini və qulluğa layiq bir şəkildə hüzuruna çıxmasını arzu edir. Bu ibadətlərin başında namaz gəlir. Ayədə namazın, “insanı əxlaqsızlıqdan və pis işlərdən” uzaqlaşdırdığı bildirilir (Ənkəbut, 45). Əlbəttə ki xüşu ilə qılınan namazdan söz edilir. Başqalarına göstəriş olaraq qılanan namazlar haqqında Qurani-Kərimdə belə buyrulur:

“Vay o namaz qılanların halına ki, onlar namazlarına səhlənkar yanaşırlar” (Maun 4-5). Allah-Təala bu şəkildə qılınan namazları qəbul etmir.

Hz. Mövlana da belə buyurur:

“Ağlını başına topla, namazdan sadəcə zahiri olaraq deyil, mənən də istifadə etməyə çalış. Dən yeyən quş kimi, Allahın böyüklüyündən xəbərsiz şəkildə sadəcə başını yerə qoyub qaldırma!…”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALMANİYADA MƏKTƏBLƏRDƏ İSLAM, DİN DƏRSİ KİMİ OXUDULACAQ

Almaniyanın Bavyera əyalətindəki bəzi məktəblərdə İslam dini seçməli dərs olaraq şagirdlərə oxudulacaq. Bu barədə Bavyera əyalətinin rəsmi internet portalında məlumat...

Bağla