“VİRTUAL HƏCC ZİYARƏTİ” MÜZAKİRƏLƏRİ DAVAM EDİR

0

Səudiyyə Ərəbistanının, Məkkə və Mədinə şəhərlərində müqəddəs yerlərin metaverse mühitində ziyarətə açılacağını elan etməsindən sonra İslam dünyasında, virtual həcc məqbuldurmu? – müzakirələri başlayıb.

İlahiyyatçılar virtual ziyarətin faydalı ola biləcəyini, amma əsla ibadəti əvəz etməyəcəyini bildiriblər.

Türkiyə Diyanet işləri başqanlığı “Həcc və Ümrə Xidmətləri” departamentinin direktoru Rəmzi Bircan burada ibadətdən söhbət gedə bilməyəcəyini deyib.

“Metaverse Həcc ziyarəti mümkün deyil. Səudiyyə Ərəbistanı Həcc Nazirliyinin təlimatına uyğun həcc edəcəyik. Ordan bizə bu barədə heç nə bildirilməyib. Metaverse ilə Kəbəni ziyarət edəcəyik. Amma burada ibadətdən söhbət gedə bilməz. Məsələn Ərafatın bir hüdudu var. Zəvvar o hüdudun xaricinə çıxmalıdır və ayağı o torpaqlara dəyməlidir. Bu cür ziyarət zəvvarlar üçün təlim məqsədli olacaqdır…” – deyə Bircan bildirib.  

Digər ilahiyyatçılar da bunun, getməyə imkanı olmayanlar üçün böyük fürsət olduğumu amma fiqhi olaraq ibadəti əvəz etməyəcəyini bildiriblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV ERMƏNİSTANA NÖVBƏTİ DƏFƏ XƏBƏRDARLIQ EDİB

"Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur". Bunu Prezident...

Bağla