YUNESKO ərəb xəttatlığını Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edib.
Bu barədə qurumun tviter səhifəsində məlumat verilib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı başda olmaqla, 16 müsəlman ölkəsi ərəb xəttatlığının bu siyahıya daxil olunması üçün müraciət etmişdi.
“Ərəb xəttatlığı ahəngdarlıq, zəriflik və gözəlliyi ifadə etmək üçün ərəb dilində səlis yazmaq sənətidir. Həm rəsmi, həm də qeyri-rəsmi təhsil vasitəsilə ötürülə bilən bu təcrübədə ərəb dili əlifbasının iyirmi səkkiz hərfindən istifadə edilir, yazı istiqaməti sağdan soladır”, – YUNESKO-nun saytındakı məlumatda deyilir.
Report