QƏDƏR VƏ QƏZA (XEYİR DƏ ALLAHDAN ŞƏR DƏ)

0

Bu dünya həm sevinc, həm də kədərlə doludur. Başımıza yaxşı iş gələndə sevinir, pis işlər gələndə də üzülürük. Biz müsəlmanlar dünyanın müvəqqəti olduğunu bilir, bura imtahan olmaq üçün gəldiyimizə inanırıq. Elə isə başımıza yaxşıya da pis, nə gəlirsə gəlsin, hamısı əsasda bir məqsədə xidmət edir: imtahan olmaq və bu imtahanda müvəffəq olmaq.

“Xoşunuza getməyən bir şey sizin üçün yaxşı ola bilər. Xoşlandığınız bir şey də sizin üçün pis ola bilər. Allah bilir, siz bilməzsiniz”. (Bəqərə, 216)

İmtahanda müvəffəq olmağın düsturu: Başımıza gələn yaxşı işlərə həmd və şükür etmək, pis işlərə də səbir və təhəmmül etmək.

Qədər və Qəzaya İnanan İnsan

  • Allahın bilgisi olmadan bir yarpağın belə tərpənmədiyinə inanar. Özünün etdiyi yaxşı və pis bütün hərəkətləri də, başına gələn yaxşı və pis bütün hadisələri də Onun bildiyinin fərqində olar.
  • Allahın kainatda hər şeyi bir tarazlıq içində yaratdığının şüurundadır. Bu tarazlığı qorumağa və pozmamağa diqqət edər.
  • Allahın hər şeyi bir nizam içində yaratdığını bilər. Bu nizamın bir parçası olaraq qarşılaşdığı çətinliklərlə mübarizədə Allaha güvənər. 

7/24 Elmihal Kitabı (İpəkyolu Nəşriyyatı)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞAHDAĞA VƏ ZAQATALAYA QAR YAĞIB – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 18-i saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar...

Bağla