XİN: “Fransa Prezidentinin Azərbaycan və Türkiyə ilə bağlı iddiaları riyakarlıq nümunəsidir”

0

“Fransa Prezidentinin Azərbaycan və Türkiyənin Qranadadakı tədbirdə iştirakdan imtina etməsi məsələsi ilə bağlı iddiaları riyakarlıq nümunəsidir”.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Emmanuel Makronun Qranadada mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.

“Tədbir iştirakçılarının hər birinə yaxşı məlumdur ki, məhz Fransa tərəfi Türkiyənin görüşə qatılmasına qarşı çıxıb. Fransa Prezidentinin bu məsələdə yalan məlumatlar yayması dövlət başçısına yaraşmayan yanaşmadır. Tarixdə özünün soyqırım siyasəti ilə yadda qalan, Avropa İttifaqı üzv ölkələri arasında Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına qoşulmayan yeganə ölkə olan Fransanın çoxsaylı etnik xalqların sülh və əmin-amanlıq şəraitində yaşadığı, multikultural və multietnik dəyərləri ilə nümunə təşkil edən Azərbaycana azlıqların hüquqları barədə dərs keçməyə cəhd etməsi qəbuledilməzdir”, – bəyanatda qeyd olunub.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə XİN Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini qərəzli adlandırıb

“Avropa Parlamentinin (AP) bu gün (oktyabrın 5-i) qəbul etdiyi “Azərbaycanın hücumundan sonra “Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana davam edən...

Bağla