XOCALI SOYQIRIMINI UNUTMA!

0

Ermənilər 1991-ci ilin dekabr ayında Xankəndi şəhərini işğal etdilər. Daha sonra isə növbəti hədəflərinə bölgədəki tək hava limanına sahib olan Xocalı şəhərinə yönəldilər.

Cari ilin sonlarına doğru erməni birləşmələri Xocalı şəhərini mühasirəyə aldılar. Xocalı şəhərində 2 min 605 ailədən, ümumi 11 min 35 nəfər adam yaşayırdı.

Xocalının ətrafındakı bölgələri tək-tək ələ keçirən erməni birləşmələri, rayonun digər bölgələrlə əlaqəsini kəsmək üçün magistral yolu ələ keçirdilər. Xocalı şəhərinə ancaq vertolyot ilə getmək mümkün idi.

28 Yanvar 1992-ci ildə Şuşa-Ağdam səfərini edən vertolyot ermənilər tərəfindən vurulunca vertolyot ilə gediş artıq mümkünsüz oldu. Bu hadisə nəticəsində çoxu qadın və uşaqlardan ibarət olan 44 nəfər həyatını itirdi.

Yanvar ayının əvvəlindən etibarən Xocalının elektirik enerjisi də kəsildi. Sadəcə çox az sayda silahları olan yerli əhali müqavimət göstərirdi. Fevral ayının 25-dən etibarən ermənilər Xocalıya hücum etdilər. Bölgədə olan Sovet Ordusunun 366. Motoatıcı alayının bütün texnikalarından istifadə edərək şəhəri iki saat boyunca top və tank atəşinə tutdular. Hücumdan bir gün sonra yaddaşlardan silinməyəcək olan “Xocalı Soyqırımı” baş verdi.

Xocalı soyqırımı nəticəsində 83-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, ümumilikdə 613 nəfər qətlə yetirildi. 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü.  Əsir götürülənlərdən 150 nəfərin taleyi bu günədək məlum deyil.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏN SADİQ DOSTUMUZ – NAMAZ

Peyğəmbər aleyhissəlam əfəndimiz  bir hədisində "Bir insan qəbrə qoyulduqdan sonra namaz, oruc kimi saleh əməlləri onu əhatə edər. Nekir-Münkər mələkləri...

Bağla