Evlilik həyatında xoşbəxtlik mövzusu bir çox elmi tədqiqataların tədqiqat obyektinə çevrilib və bu mövzu ilə əlaqəli kifayət qədər maarifləndirici kitablar nəşt edilmişdir. Ancaq bütün bunlara baxmayaraq cəmiyyətimizdə hələ də hüzura və xoşbəxtliyə həsrət qalan ailələrin sayı kifayət qədərdir. Biz isə bu yazımızda bütün cütlüklərə evlilik həyatında xoşbəxtliyin fərqində olmadığmız sirləri haqqında danışacağıq.
Narsizmdən əl çəkin: Narsizm, yəni özünü həddindən artıq sevmək və başqalarının da buna riayət etməsini istəmək evlilikdəki xoşbəxliyi məhv edən başlıca amillərdən biridir. Evliliyin memarı kişi olduğu kimi onun qurucusu da qadındır. Buna görə də hər iki tərəf bir-birini başa düşməli və ən azı özü qədər qarşısındakına dəyər verməyi bacarmalıdır. Problemin həlli üçün çarə: Həyat yoldaşınızın seçimlərinə hörmətlə yanaşmağı və ona qarşı fədəkarlıq etməyi öyrənməlisiniz. Əks təqdirdə xoşbəxt olmaq üçün qurduğunuz evlilik həyatınız sizin bədbxətliyinizin əsası ola bilər.
Sərhədləri müəyyən etməyi bilin: Xüsusilə yeni qurulan ailələrdə hər iki tərəfin öz ailələrinə qarşı bağlılıqları onların yeni ailələrinə adaptasiyasına bir çox hallarda mane olur. Yaxın qohumlar tərəfindən ailələrə edilən müdaxilələr ailədaxili söz-söhbətlərin yaranmasına və nəticədə boşanmalara gətirib çıxara bilər. Problemin həlli üçün çarə: Yeni ailə quran fərdlər öz ailələri ilə yeni qurduqları ailəsi arasındakı sevgi və bağlılıq dərəcəsini düzgün müəyyənləşdirməlidir. Yeni qurduqları ailənin xoşbəxt olması üçün başqalarının ailəyə müdaxiləsinə maksimum mane olmalıdırlar. Çünki əsas olan gənc ailənin içərisindəki fərdlərin xoşbəxt olmasıdır. Ətrafdan edilən müdaxilələr isə həmin ailəyə öz rakurslarından baxdıqları üçün həmin ailədə problemlərə səbəb olur.
Ortaq dəyərlərə hörmətlə yanaşın: Evlilik elə bir müəssisədir ki, o ortaq dəyərlər üzərinə bina edilir və davam etdirilir. Bir prosfessorla kəndli bir qızın evliliyində sadəcə professorun və ya kəndli qızın deyil, hər iki tərəfin ortaq dəyərləri əsasdır. Professorluq universitet daxilində keçərli olan bir mərtəbədir evdə isə müştərək dəyərlərə diqqət edilməlidir. Bu dəyərlərə diqqət edib hörmətlə gücləndirən cütlüklərin xoşbəxt olmamaları mümkün deyil. Problemin həlli üçün çarə: Krallıq və kraliçalıq duyğusundan və ya təhsil, diplom, pul, vəzifə, şöhrət kimi vəsvəsələrdən uzaq olub evlilikdəki ortaq dəyərləri kəşf etmək və yaşatmaqdır.
Ailə həyatına diqqət edin: Cütlüklər arasındakı nizamlı cinsi münasibət evliliyin ən həssas sirlərindən biridir. Problemin həlli üçün çarə: Tərəflər xüsusilə bu prinsiplərə diqqətlə yanaşmalı və qadın qadınlığının, kişi də kişiliyinin qanuni tələblərini yerinə yetirməlidir.
Uşaqlar xoşbəxtlik və bərəkətdir: Valideyn olmağın verdiyi çətin vəzifələri qəbul edin və uşağın evliliyinizə etdiyi təsirləri həzm etməyə çalışın. Unutmayın ki, uşaqlar əvvəlcə daşınılması çətin bir yük olaraq görünsə də daha sonraları əvəz edilməz bir nemət olaraq ailənin xəzinəsinə çevrilir. Xüsusilə atalar övladları dünyaya gəldikdən sonra həyat yoldaşlarına qarşı sevgi və diqqətlərini hiss ediləcək dərəcədə artırmalıdır. Çünki qadınlar yaradılış fitrətlərinə uyğun olaraq bunu öz bəylərindən gözləyərlər. Problemin həlli üçün çarə: Evliliyin əslində uşaq dünyaya gəldikdən sonra başladığına inanın və sevgi, diqqət və qayğınızın səviyyəsini artırın.
Problemlər sizin keyfiyyətinizi ölçür, bunu unutmayın: Həyatda ən böyük qabiliyyət qarşılaşılan problemlərlə üzləşə bilmək və onların öhdəsindən glə bilməkdir. Dünyanın ən ideal evliliklərində belə problemlərin ortaya çıxması mümkündür. Əsas olan bu problemlər qarşısında sizin etdiyiniz davranışlar və tapdığınız həll yolarıdır. Problemin həlli üçün çarə: Bir çox həyat yoldaşı kimi problemin deyil, problemin həllinin bir parçası olun. Bunun üçün də xüsusilə ailə rəisi olan bəylər davamlı olaraq problemlərin həllində önəmli bir rol oynamağı bacarmalıdır. Əsas mərifət həyat yoldaşını incitmədən problemləri həll etmək və ailədəki hüzuru qoruyub saxlamaqdır. Bu vəzifə də ilk planda bəylərdən gözlənilər bir davranışdır.
Dr. Eldar Kərimov