Xristian ərblərdən islam peyğəmbərinə dəstək: “MUHAMMƏD RASULULLAH”

0

Xristian dininə mənsub olan ərəblər, prezident Makronun rəhbərliyi ilə Fransada İslam Peyğəmbərinə (SAV) qarşı başladılan təhqir hərəkatına etiraz ediblər.

İslamveirfan.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, xristian ərəblər öz etirazlarını sosial şəbəkə səhifələrində bildiriblər.

Mərkəzi Qətərdə olan Al Jazeera telekanalının livanlı aparıcılarından olan Cəlal Şəhda tvitter səhifəsində etirazını belə bildirib:

“Mən Cəlal Şəhda ərəbəm, şərqliyəm və xristianam. İslam peyğəmbəri Hz. Muhammədin təhqir edilməsini şiddətlə qınayıram.

#MuhammədRasulullah!”

Al Jazeeranın livanlı digər aparıcısı Qadə Uveys də, müsəlmanların ləyaqətinin zədələnməsini və terrorun İslam dini ilə eyniləşdirilməsini qəbul etmədiyini vurğulayıb.

Əymən Dəbəbnəh adlı istifadəçisi isə tvitter səhifəsində, “Müsəlman qardaşlarıma hörmət etməyən və onları təhqir edən, iordaniyalı xristian olan mənə də hörmət etmir deməkdir.” – yazıb. Dəbəbnəh mesajının altında, “Mən İslam dininin təhqir edilməsinə qarşı olan bir xristianam!” – yazılmış bir şəkil paylaşıb.  

Tvitterdə #RasulullahınTəhqirEdilməsinəQarşı heşteqi ilə başladılan aksiyaya qoşulan misirli xristian Endryu Midhat da müsəlmanlara yönəlmiş təhqirin özünə edilmiş təhqir kimi qəbul edəcəyini qeyd edib.

Mikel Eyyub, Fransada baş verənlərin bir aşınma olduğunu və bunun, fransızların müqəddəs kitabın təlimlərində uzaq qaldıqlarını sübuta yetirdiyini bildirib.

Misirli vəkil Nevin Mələk isə #RasulullahınTəhqirEdilməsinəQarşı heşteqi ilə müqəddəs kitabdan, digərlərinə hörmət barədə bölümlər paylaşıb.

Qeyd edək ki, oktyabrın 16-da Hz. Muhammədi (SAV) təhqir edən karikaturanı sinifdə şagirdlərinə göstərən müəllim naməlum şəraitdə başı kəsilərək öldürülmüşdü. Bundan sonra siyasətçilərin müsəlmanları ittiham edən bəyanatları İslam dünyasında etirazla qarşılanmışdı. Fransanın prezidenti Emanuel Makron isə bir müddət əvvəl bu karikaturaların nümayişinin dayandırılmayacağını açıqlamışdı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev Türkiyə prezidenti R. T. Ərdoğana məktub yazıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu yazıb. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz...

Bağla