YƏHUDİ JURNALİSTİN XƏLVƏTİ MƏKKƏYƏ GİRMƏSİ HİDDƏTLƏ QARŞILANDI

0

Qeyri-müsəlmanların girməsinin qadağan olduğu Məkkə şəhərinə xəlvəti girən yəhudi jurnalist burada çəkdiyi görüntüləri sosial şəbəkə hesabından paylaşıb.

Channel 13 kanalının müxbiri Gil Tamarinin bu hərəkəti Səudiyyə rejimi və müsəlmanlar tərəfindən sərt reaksiya ilə qarşılanıb.

İsrailli jurnalist müsəlman olmayanların girişinin qadağan olduğu Məkkə şəhərinin küçələrində avtomobillə gəzib, daha sonra zəvvarların ibadət üçün getdiyi Arafat dağına gedib. Bu anları qeyd edən jurnalist bu görüntüləri sosial şəbəkədə paylaşıb.

Səudiyyə Ərəbistanı rəsmiləri Tmarinin xəlvəti Məkkəyə girməsini kəskin etirazla qarşılayıblar və bunun ölkənin qanunlarına hörmətsizlik olduğunu qeyd ediblər.

Gil Tanari bu gün yazdığı tvitdə müsəlmanları incitmək niyyəti olmadığını bildirib və hər kəsdən üzr istəyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik əlaqə olmasa da bu ölkələrin iki tərəfli münasibətləri son illərdə inkişaf etməyə başlayıb. Ötən həftə Yaxın Şərqə səfər edən ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanının İsrail üçün hava məkanını açdığını demişdi.

Xatırladaq ki, qeyri-müsəlmanların Məkkə şəhərinə girməsi Quran ayəsi ilə qadağandır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALMAN QIZ TÜRKİYƏDƏ İSLAM DİNİNİ QƏBUL ETDİ

Almaniyanın Stutqart şəhərindən Türkiyənin Qaziantep vilayətinə gəzməyə gedən 20 yaşlı Fabiyenne Doris Bettirger İslam dinini qəbul edib. Bu baqsədlə Qaziantep...

Bağla