YƏHUDİLƏR, FƏLƏSTİNLİLƏRƏ AİD TARLALARI YANDIRDILAR

0

İordan çayının qərb sahilində qanunsuz məskunlaşan yəhudilər fələstinlilərə aid onlarla hektarlıq tarlaları yandırdılar. Bu barədə “Fələstin Azadlıq Təşkilatı”nın nümayəndəsi Gassan Daglas açıqlama yayıb.

Açıqlamada bildirilir ki, yəhudilərin qeyri-leqal saldığı “Yitzhar” yaşayış massivinin yaxınlığında olan Burin kəndinin cənub bölgəsindəki onlarla hektarlıq tarlalara od vurulub. Daglas həmçinin İsrail qüvvələrinin, Fələstinə aid mülki müdafiə qüvvələrinin və bölgə xalqının hadisə yerinə getməsinin qarşısını aldığını qeyd edib.

Qeyd edək ki, yanğın hadisəsinin baş verdiyi Burin kəndi, İordan çayının qərb sahilindəki Nablus şəhərinə bağlıdır.

İHA

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMAN XOŞBƏXT CÜTLÜKLƏRİN 10 ADƏTİ

Bağla