YƏMƏNDƏ 18 MİLYON İNSAN TƏHLÜKƏDƏ – BMT-DƏN TƏCİLİ ÇAĞIRIŞ

0

Son həftədə ikinci dəfə olaraq BMT Yəməndə aclıq barədə həyəcan təbili çalıb.

Bildirilir ki, bu barədə BMT-in Humanitar Yardımlar üzrə rəsmisi Mark Loukok deyib.

BMT rəsmisi Yəməndə müharibə səbəbindən vəziyyətin acınacaqlı olduğunu təkidlə vurğulayaraq, bu ölkə əhalisinin yarısının kütləvi aclıq astanasında olduğunu bildirib.

O bildirib ki, Yəmən əhalisinin yarısı tam şəkildə humanitar yardımlardan asılı qalıblar.

“Biz tez bir zamanda baş verə biləcək açıq-aşkar təhlükənin qarşısındayıq. Yəməndə indi geniş yayılan bu böyük aclıq humanitar yardımçıların ömürlərində gördüyündən daha böyük bir təhlükədir.” deyə BMT rəsmisi Səudiyyə koalisiyasının əl-Hudeyda şəhəri ətrafında həyata keçirdiyi hücum və burada baş verən müharibə barədə xəbərdarlıq edib.

Bunan öncə BMT rəsmiləri bildirib ki bu ölkədə 18 milyon şəxs növbəti yeməyinin haradan və necə gələcəyini bilmir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və koalisiyası 2015-in martından Yəməndə hərbi müdaxiləyə başlayıb. /  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİNİ İŞLƏR İDARƏSİ NAMAZIN VAXTINI DƏYİŞDİRİR

Türkiyədə Dini İşlər İdarəsi namazın vaxtını dəyişdirib.

Bağla