Qlobal pandemiya səbəbindən Türkiyədə hökumət yeni ilöncəsində bəzi məhdudiyətlər barədə qərar qəbul edib.
Bu məhdudiyyətlər çərçivəsində yeni ilin ilk 4 günündə, yəni 2021-ci yanvarın 1-dən 4-nə qədər Türkiyədə komendant saatı tətbiq olunacaq.
Yanvarın 1-I tarixinin cümə gününə təsadüf etməsi səbəbindən ölkədəki möminlər, cümə namazı necə olacaq? – sualına cavab axtarmağa başlayıb.
Haber7.com-un xəbərinə görə, bu həftə səhiyyə qaydalarına uyğun olaraq cümə namazının qılınması gözlənilir.
Xəbərdə bildirilir ki, açıqlanması gözlənilən qaydalar belədir:
- Vətəndaşlar evlərinə ən yaxın məscidə piyada getməlidir və hər hansı bir minik vasitəsindən istifadə edilməməlidir.
- Məscidə gedən vətəndaşların maskadan və tək istifadəlik səccadədən istifadə etməsi məcburi olacaq.
- Namaz, social çəsafə qaydalarına riayət edilərək qılınacaq.
- Namazdan sonra möminlərin məscidlərdən qaydalara uyğun çıxmasına diqqət ediləcək