Kovid-19 virusu səbəbindən elan olunmuş sərt karantin rejiminin yumuşaldılması ilə Yaponyanın paytaxtı Tokiodakı məscid ibadətə açılıb.
Məlumata görə, Tokio şəhərindəki eyni adlı məsciddə 10 həftəlik fasilədən sonra ilk cümə namazı qılınıb. Bu, həm də Tokioda 2021-ci ilin ilk cümə namazı olub.
Hərarətləri ölçülərək məscidə buraxılan camaat, onlara paylanan tək istifadəlik səccadə ilə sosial məsafə qaydalarına uyğun səf tutublar.
Yaponca, ərəbcə, türkcə və ingiliscə oxuduğu xütbədə Fatihə surəsinin mənasından danışam “Tokio” məscidinin imam-xətibi Muhamməd Rıfat Çınar daha sonra cümə namazını qıldırıb.