YAPONLAR 50 NƏFƏRLİK SƏYYAR MƏSCİDLƏRİ TƏQDİM ETDİ – VİDEO

0

Yaponiyada 50 müsəlmanın eyni anda ibadət edə biləcəyi səyyar məscid təqdim edilib. 2020-ci ildə paytaxt Tokioda keçiriləcək olimpiada və paralimpiya oyunları üçün nəzərdə tutulan məscid indilik hazırlıq mərhələsindədir. Layihənin məqsədi olimpiya oyunlarında iştirak edən müsəlman ziyarətçilərin namazlarını vaxtında qılmalarına yardım etməkdir.  

Təşkilat komitəsi səyyar məscidlərin stadion və ya yarışların keçiriləcəyi zallardan çox idmançıların qalacağı yaşayış massivlərində quraşdırılacağını açıqlayıb. 50 nəfərin eyni anda ibadət edə biləcəyi məscidlərin dəstəmazxanası, qibləni müəyyən edən cihazı olacaq və bu mobil məbədlər kondisoner ilə də təchiz ediləcək.

Təqdim edilən mobil məscidlərin maliyyətinin 900 min dollar olduğu açıqlanıb. 

Xəbər:Şirəli MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
UŞAQ TƏRBİYƏSİ VƏ AİLƏDAXİLİ ÜNSİYYƏT

Hindən götürdüyü iki yumurtanı qaçaraq anasına gətirdi.

Bağla