YAŞAR GÜLƏR AZƏRBAYCAN MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ İLƏ GÖRÜŞÜB

0

Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun dəvəti ilə qardaş ölkədə səfərdə olan Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə bir sıra görüşlər keçirib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, general-leytenant N.İslamzadə səfər çərçivəsində Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, milli müdafiə naziri Yaşar Gülər və Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu ilə görüşüb.

Görüşlərdə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, gələcək birgə layihələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Keçirilən görüşlər zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜN XANKƏNDİ, XOCALI, XOCAVƏND VƏ AĞDƏRƏ ŞƏHƏRLƏRİ GÜNÜDÜR

Bu gün - sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü...

Bağla