“Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir”.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla birgə Eskişəhərdəki Birinci Baş Reaktiv Baza Komandanlığında 2023-2024-cü tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə Azərbaycan, Liviya, Kosovo, Qətər kimi dost, qardaş və müttəfiq ölkələrin haqlı mübarizəsinə dəstək verir.
Y.Gülər həmçinin sərhədlərin müdafiəsinin lazımi şəkildə qorunduğunu bildirib.