Türkiyə həm öz, həm də qardaş ölkələrin hərbi pilotlarını yetişdirir.
“Report” xəbər verir ki, bunu Qətərə səfəri çərçivəsində oradakı türk hərbçilərlə görüşən Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
O bildirib ki, Türkiyənin Hərbi Hava Qüvvələri əhəmiyyətli tapşırıqları uğurla yerinə yetirir: “Hürkuş”, “Hürjet”, “Gökbek”, “Kızılelma”, “Kaan” kimi texnikalar bizim hava platformasındakı uğurlarımızın göstəricisidir”.
Nazir söyləyib ki, Türkiyə dost və qardaş ölkələrlə birlikdə hərbi təlimlər edir, əlaqələrini gücləndirir: “Beləliklə, Türkiyə regional təhlükəsizliyə töhfə verməyə davam edir”.