Türkiyədə yaşlı kişi məsciddə namaz qılarkən vəfat etdi.
İslamveirfan.com-un İHA-ya istinadən verdiyi xəbərə görə hadisə Bayburt şəhərində baş verib.
Milli görüş siyasi qruplaşmasının tanınmış simalarından olan Dərviş Yıldırım məsciddə namaz qılarkən dünyasını dəyişib.
Mərhum Yıldırımın bu halı təhlükəsizlik kamerasının görüntülərində də əks olunub.
Məlumata görə, Dərviş Yıldırım Türkiyənin sabiq baş naziri professor Nəcməddin Ərbakanın yaxın silahdaşı olub.
Allah rəhmət eləsin.