YAXIN GÜNLƏRDƏ METEOR YAĞIŞI GÖZLƏNİLİR

0

Hər il dekabrın 4-20-də təkrarlanan Geminidlər meteor selinin piki dekabrın 13-dən 14-nə keçən gecə gözlənilir.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, meteor yağışı əsasən Şimal yarımkürəsində daha aydın görünəcək, lakin Cənub yarımkürəsində də daha az intensivliklə izlənilə bilər. Selin ən intensiv dövrü saat 02:00-da olacaq, lakin müşahidələr bütün gecə boyu davam etdirilə bilər.

Vurğulanıb ki, meteor selini müşahidə etmək üçün işıq çirklənməsinin az olduğu, şəhərdən kənarda yerləşən açıq məkanlar seçilməlidir. Ayın işığı tam fazaya yaxın olması səbəbindən müşahidələrə mane olacaq və bu, görünə biləcək meteorların sayına təsir göstərə bilər.

Ay dekabrın 14-də saat 06:56-da batacaq, bu isə qaranlıq səmada meteorları izləmək üçün 30 dəqiqəlik imkan yaradacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakı ilə İrəvan arasındakı sülhün təmin edilməsinin son mərhələsindəyik

Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsində son mərhələyə gəlmişik. “Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici...

Bağla