YENƏ DƏ DÜŞÜNMÜRSÜNÜZMÜ?

0

Ağıl sahibi insanlara Qurani-kərimdə belə səslənilir:

“Yenə də düşünmürsünüzmü?” (Hud 30, Muminun 85) “Hələ də düşünüb dərk etmirsinizmi?” (Hud 51, Muminun 80)

Ağıl, sadəcə və sadəcə insanlara bəxş edilmiş bir nemətdir. Ona görə də ağlı düzgün istifadə etmək vacibdir. Çünki insan ağlıyla insan olur. Ağlı olmayan kimsə başqa varlıqlar kimi heç nədən mükəlləf deyil.

Hz. Adəmə verilən üç nemətdən biri də ağıldır. Deyilənə görə, Alllah-Təala Hz. Adəmi yaratdığında ona bu üç neməti verdi:

  • Ağıl
  • İman
  • Həya

Sonra bunlardan birini seçməyini istədi. Hz. Adəm, Cəbrayıl (ə.s) məsləhəti ilə ağlı seçdi. Çünki ağıl olmayanda nə iman olur, nə də həya.

Ancaq ağıl sanki sürüşkən sabun kimidir. Onu düzgün şəkildə istifadə etmək iradə tələb edir.

Ağıl və idrak sahibləri,  peyğəmbərin yoluyla gedib hikmət ilə yaşayarlar. Yəni ağılları və qəlbləri ilə hərəkət edərək gözəl qul olarlar. Qısacası, Hz. Peyğəmbərin (s.ə.s) yoluyla gedənlər, ağlından lazımi şəkildə istifadə edir deməkdir. Təfəkkür sahibi təmiz bir qul hidayətə çatmışsa, deməli, yer üzünün ən ağıllı insanlarındandır. Ancaq hidayətə çatmamış insanlar isə ağılları olsa da axmaq sayılarlar.

Osman Nuri Topbaş

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YUNANISTANIN BAŞ YEPİSKOPU İSLAM DİNİNİ TƏHQİR ETDİ

Yunanıstanın baş yepiskopu İerominos iştirak etdiyi televiziya proqramında İslam dinini və müsəlmanları təhqir edib. Xristian din xadimi “Open TV” kanalında...

Bağla