Dünya Müsəlman Alimləri Birliyinin sədri Əli Muhyiddin əl-Qaradaqi Suriya “mücahidlərini, xalqını və bütün müsəlmanları Bəşər Əsəd rejiminin süqutu münasibəti ilə təbrik edib.
Başçı Qaradağı, X platformasında yazdığı paylaşımda, “Onilliklər boyu İslam xilafətinə və İslam mədəniyyətinə paytaxt olmuş Şamda Allahın yenidən bəxş etdiyi fəth və parlaq qələbə çox əhəmiyyətlidir. Sınaqlardan, məşəqqətlərdən, böyük fədakarlıqlardan sonra Allahın Suriyada İslama və müsəlmanlara bəxş etdiyi bu qələbəyə görə minnətdarıq. Özümüzü, bütün mücahidləri, bütün bacı-qardaşlar və dünyadakı bütün İslam ümmətini təbrik edirik.” – deyib.
“Mücahidlər və inqilabçılar”a iki tövsiyə verən Qaradağı, bunlardan birincisinin Allahdan qorxmaları, ikincisinin birlik və həmrəylik içində olmaları, öz aralarında ixtilafdan qəti şəkildə çəkinmələrii olduğunu vurğulayıb.