Yeni Zelandiyanın Kraysterç şəhərinin terrora məruz qalmış məscidləri yenidən dindarlar üçün açıqdır.
Polis şəhərdə təhlükəsizliyə nəzarəti azaltmağa qərar verib və yolları açıb.
Polisin məlumatına görə, Ən-Nur və Linvud məscidləri yenidən müsəlman icmasına verilib.
Hüquq-mühafizə orqanları burada və ölkənin digər məscidlərində təhlükəsizliyə nəzarət edəcəklər.