YER SAKİNLƏRİ BU GÜN 6 PLANETİ EYNİ VAXTDA GÖRƏ BİLƏCƏKLƏR

0

Venera, Saturn, Neptun, Uran, Yupiter və Mars planetləri Günəşin eyni tərəfində olduqları üçün yanvarın 21-də Yerdən eyni vaxtda görünəcəklər.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə astronom Lyudmila Koşman bildirib.

Onun sözlərinə görə, bu halda “planetlərin paradı” haqqında danışmaq mümkün olmayacaq, çünki göy cisimləri kifayət qədər böyük sektorda (130°-ə qədər) yerləşəcək. Bu astronomik hadisənin baş verməsi üçün dörd və ya daha çox planet bir-birinə yaxın toplanmalı və aralarındakı bucaq məsafəsi 20-30°-dən çox olmamalıdır. Koşman qeyd edib ki, fevralın 28-də kiçik “parad” (dörd planetə qədər) görmək mümkün olacaq.

“28 fevral 2025-ci il: axşam saatlarında 7 planet: Saturn, Merkuri, Neptun, Venera, Uran, Yupiter və Mars. Bu, səmada eyni anda 7 planetin görünəcəyi ən yaxın tarixdir”, – astronom deyib.

O əlavə edib ki, planetlərin növbəti böyük “paradı” 2040-cı il sentyabrın 8-də baş verəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏMAS İSRAİLLİ GİROVLARIN İKİNCİ HİSSƏSİNİN YANVARIN 25-DƏ AZAD EDƏCƏK

Yanvarın 25-də, şənbə günü fələstinli məhbusların həbsxanadan azad edilməsi müqabilində Qəzza zolağında saxlanılan israilli girovların ikinci qrupu sərbəst buraxılacaqlar. “Report”...

Bağla