Yerin öz oxu ətrafında dövretmə sürəti tədricən azalır və təxminən 200 milyon ildən sonra bir gün 25 saat olacaq.
Bu barədə Münhen Texniki Universitetinin prosesin ölçmələrinin dəqiqliyini təkmilləşdirməyə çalışan alimləri məlumat yayıblar.
Yerin sürətini tədricən yavaşlaması çoxdan məlumdur. “Earth.com “saytının məlumatına görə, dinozavrlar dövründə (yəni 200 milyon il əvvəl) bir sutka cəmi 23 saat, 1,4 milyard il əvvəl isə cəmi 18 saat 41 dəqiqə davam edib.
Münhen Texniki Universitetinin tədqiqatçıları Yerin fırlanmasını dəqiq ölçmək və onun fırlanma sürətinin dinamikasını izləmək üçün halqa lazerindən istifadə etməklə uzunmüddətli təcrübəyə başlayıblar.
Lazer yerin 6 metr altında basdırılmış xüsusi dizayna malik təzyiqli kamerada işləyir. O, lazer halqalı giroskopdan və eni təxminən 4 metr olan, xarici amillərin lazer göstəricilərinə minimal təsir göstərməsi üçün diqqətlə kalibrlənmiş cihazdan ibarətdir.
Cihaz Yerin fırlanma sürətindəki dəyişiklikləri dəqiq müəyyən etmək üçün mürəkkəb lazerlər və güzgülər sistemindən istifadə edir. Bu fərqlər iki lazer şüası arasındakı tezlik dalğalanmaları ilə göstərilir, daha böyük fərqlər isə daha sürətli fırlanmanı göstərir. Hazırkı təcrübənin əsas nailiyyəti əvvəlki tədqiqatlarla müqayisədə ölçmə dəqiqliyinin əhəmiyyətli dərəcədə artmasıdır.
Report