Roma Papası Fransisin İraqa ziyarətindən sonra ölkənin şimalında buraxılan xatirə markasındakı təhrif və Türkiyənin ərazi bütövlüyünə qarşı hörmətsizliklə bağlı yerli muxtariyyət hökuməti açıqlama verib.
Bildirilib ki, bəhs edilən markalar hələ yerli hökumət tərəfindən təsdiqlənməyib.
İraqın şimalındakı muxtar hökumətin sözçüsü Cutyar Adil bildirib ki, Papanın səfəri ilə bağlı bəzi sənətçilər marka buraxılması təklifi ilə çıxış ediblər, ancaq onların təqdim etdiyi layihə hökumət tərəfindən hələ təsdiqlənməyib.
Qeyd edək ki, bəhs edilən markada təsvir edilən xəritədə Türkiyənin ərazi bütövlüyünə hörmətsizlik olunub. Türkiyə bu marka layihəsinə etirazını bildirib.
Report