Bir gün Bəhlul Danəndə həzrətləri, Xəlifə Harun ər-Rəşidə belə dedi.
Ey xəlifə, sənə üç sualım var:
- Yerüstündə ən çox nə vardır?
- Yeraltında ən çox nə vardır?
- Səmada ən çox nə vardır?
Xəlifə bu suala belə cavab verdi:
“Burada çətin nə var ki, yerüstündə ən çox olan canlılar, yeraltında ən çox olan ölülər, səmada da ən çox qanadlılar vardır.” (quşlar, kəpənəklər və s.)
Bəhlul Danəndə isə Harud ər-Rəşidin verdiyi cavaba gülümsəyərək dedi:
“Ey xəlifə, sən işin görünən tərəfini dedin, həqiqi mənasını demədin. Doğrusu budur ki, yerüstündə ən çox olan xəsislər, acgözlər və tükənmək bilməyən nəfsani ehtiraslardır. Yeraltında ən çox olan kaşkilər, vah-vahlardır. Səmada isə ən çox olan ərşə yüksələn saleh əməllərdir.”
Qurani-kərimin çox yerində “يَا لَيْتَ / kaşki” ifadəsi vardır. Allah bunun kimi ifadələrlə insanın axirətdəki peşmançılığından xəbər verərək bizlərə xəbərdarlıq edir.
Osman Nuri Topbaş