YETİM MALI YEYƏNLƏRİN HƏZİN SONU

0

Rəsulallah (s.ə.s) Meracda elə insanlara rastlamışdı ki, onların dodaqları dəvə dodağına bənzəyirdi. Bəzilərinin də dodaqları kəsilib ağızlarına daş qoyulmuşdu. Peyğəmbər (s.ə.s):

– “Ey Cəbrayıl! Bunlar kimdir?” deyə soruşdu. Cəbrayıl (ə.s) da:

– “Bunlar yetimlərin haqlarını yeyənlərdir!” deyə cavab verdi. (Tabəri XV, 18-19)

Uca Rəbbimiz Qurani-Kərimdə insanlığa belə xəbərdarlıq edir:

“Şübhəsiz, yetimlərin mallarını haqsızlıqla yeyənlər qarınlarına ancaq od doldurarlar və onlar yandırıb­yaxan bir oda girəcəklər” (Nisa 10).

Bu ayə bizə Rəbbimizi xoşnud edəcək ən gözəl davranışlardan birinin yetimə sahib çıxmaq olduğunu öyrədir. Onlar bizə Allahın əmanətidir. Bu əmanətə sahib çıxaraq maddi tərəfdən ehtiyaclarını qarşıladığımız kimi onların qəlblərini də fəth  etməliyik.

Osman Nuri Topbaş

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞABAN AYINDA HANSI İBADƏTLƏRİ EDƏK?

Mübarək üç aylardan ikincisi Şabanı-Şərif ayıdır. İslamveirfan.com xəbər verir ki, Hz. Peyğəmbər (SAV) və bəzi islam alimlərinin bu ayın əhya...

Bağla