YUNAN RAHİB: TÜRKLƏR OLMASAYDI AYASOFİYA DAĞILARDI – (VİDEO)

0

Türkiyənin İstanbul şəhərindəki böyük Ayasofiya məscidinin ibadətə açılması və burada 86 illik fasilədən sonra ilk cümə namazının qılınması bütün dünyada birmənalı qarşılanmadı. Başda Yunanıstan olmaqla bir çox ölkə bu məbədin yenidən məscid statusuna qovuşmasını etirazla qarşıladı. İş o yerə çatdı ki, Ayasofiya məscidində ilk cümə namazının qılındığı gün Yunanıstanda dövlət bayraqları yaıya endirildi.

Yunanıstanlı rahib Evanqelos Papanikolay isə hadisəni fərqli prizmadan dəyərləndirib və Ayasofiyanın muzeydən məscidə çevrilməsinin müsbət addım olduğunu deyib. Xristian din adamının dedikləri İslam dünyasında həm təəccüblə, həm də rəğbətlə qarşılanıb.

“… Türklər olduqları yerləri daim abadlaşdırıblar. Bu bizim üçün utanc vericidir, amma həqiqətdir. Krit adasında çox gözəl monastr sistemi var idi. Kritdə türklər bir dənə də olsa monastrı bağlamayıblar. Amma Yunanıstanda bir çox kilsə və monastr Othonasın əmri ilə qapadılıb…

Həmçinin türklərin hökm sürdüyü vaxtlarda hamı öz dinini azad yaşaya bilirdi. Bu səbəblə də insanlar, “latın sərpuşu əvəzinə türk əmmaməsi görməyi üstün tuturuq” – deyirdilər. Mənə qalsa heç biri olmasın. Amma qərar verməyə məcbur edilsəm, latın yerinə türkü seçərəm.

Gələk, çox kədərləndiyimiz Ayasofiya məsələsinə, çox şükür! Mənə deyin görək 24 saat ərzində Ayasofiyaya neçə çılpaq turist daxil olurdu? Alt paltarını göstərən qısa ətəklə saysız turist girirdi. Yalan deyirəm? Çünki muzey idi və o murdar turistlər hörmət qoymadan, həyasızcasına bu yerə girirdilər. İndi çılpaqmı girəcəksiniz? Xeyr! Ayaqqabılarınızı çıxardıb girəcəksiniz. Bu hörmət deyilmi? Uzun paltar və hicabla girəcəksiniz. Bunu lənət kimi yox, müsbət hal kimi dəyərləndirməliyik.

İndi Ayasofiya üçün, təəssüf edirik – deyirlər. türklər olmasaydı Ayasofiya dağılardı. Uçardı. Belə böyük bir məbədi kim qoruya bilərdi? Türklər qorudu!” – deyə Papanikolay nitqində bildirib.     

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURANDA QURBAN AYƏLƏRİ

İnsanlıq tarixi boyunca bütün səmavi dinlərdə qurban ibadət var olmuşdur. Hətta səmavi dinlərdən başqa dinlərdə də müxtəlif şəkillərdə qurban anlayışının...

Bağla