YUNANISTAN İSLAM ŞƏRİƏTİ TƏTBİQ EDƏCƏK

0

Yunanıstan parlamentində ötən gün qəbul edilən qərara əsasın ölkədə yaşayan müsəlman etniklərin ailəvi problemləri ilə əlaqədar şəriət qaydalarına görə qərar veriləcək.

Ölkədə bütün vətəndaşların qanunlar qarşısında müsavi olduğunu xatırladan baş nazir Aleksis Çipras bunun tarixi bir addım olduğunu qeyd edib. Həmin layihəyə görə, müsəlmanlar ailəvi problemlərində yerli müftiliklərə yox, Yunanıstan məhkəmələrinə müraciət edəcək. Məhkəmələrin verəcəyi qərar isə İslam şəriətinə uyğun olacaq.  

Qeyd edək ki, Yunanıstanda müsəlmanlar boşanmaq, uşaqların qəyyumluğu, miras və s. işlər üçün müftiliyə müraciət edirdilər.

“France 24” kanalı isə Yunanıstan parlamentində qəbul edilən bu qərarın Avropada etirazla qarşılandığını bildirib. Qatı xristian kimi tanınan bir ölkədə belə bir qərarın qəbul edilməsi xristian ənənənin pozulması kimi dəyərləndirilir. 

Xəbər: Şirəli Məmmədov

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DUANIN PSİXOLOJİ TƏSİRLƏRİ NƏLƏRDİR?

Bu gün insanların əksəriyyəti mənəvi boşluqdan əziyyət çəkir. Bu da öz növbəsində mənəvi boşluğu doldurmaq üçün insanları müxtəlif üsullara, cürbəcür...

Bağla