Yusif İslam 10 maddəlik manifesto ilə İngiltərənin yeni kralına müraciət edib

0

Məşhur ingilis müğənni, müsəlman olduqdan sonra Yusif İslam adını almış Ket Stevens Böyük Britaniyanın yeni kralı III Çarlza 10 maddəlik manifesto ilə müraciət edib.

Ölkənin məşhur mətbuorqanı “Guardian”da nəşr olunan manifestoda kral Çarlzın bu xüsuslara diqqət etməsi istənib.

74 yaşlı müğənninin hazırladığı maddələri oxucularımıza təqdim edirik:  

  1. Kral olsan da hələ Tanrının xidmətindəsən.
  2. Təhsillə nifrəti yox et və getdiyin hər yerdə sülhü bərqərar et.
  3. Acları doyuzdur.
  4. Hamımız insanıq və xəta edərik. Bağışlayıcı ol.
  5. Səfillərə (bomj) və xəstələrə dəstək ver.
  6. Ətrafında olan mənfi insanlara diqqət et.
  7. Hərənin bir funksiyası var, onlara birlikdə yaşamağı öyrət.
  8. Ədalətli və obyektiv ol.
  9. Konstruktiv tənqidlərə qulaq as.
  10. Bütün əqidələri və hamımızın birlikdə yaşadığı bu dəyərli dünyanı qoru.

“Sənətkar olmağın imtiyazlarından biri də ağlasığmaz görünənləri dilə gətirmək və sonra insanların düşünməsi üçün paylaşmaqdır. Biz başqalarının deyə bilməyəcəyi şeyləri deyə bilərik. Əlbəttə, mən çox yaxşı bilirəm ki, musiqi dünyanın problemlərini həll edə bilməz. lakin o, fikrin ifadəsini istiqamətləndirə bilər.” – deyə Yusif İslam qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ XİN ERMƏNİSTANA XƏBƏRDARLIQ EDİB

“Biz İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı siyasi və hərbi rəhbərlərinə, o zamankı Azərbaycan rəsmilərinə və hətta erməni əsilli bəzi Osmanlı...

Bağla