Amerika Birləşmiş Ştatları (ABŞ) Yuta əyalətinin qubernatoru yaşanan quraqlıq səbəbilə insanları yağış duasına çağırıb. Qubernator Spenser Koks bu məqsədlə paylaşdığı video-mesajda quraqlıqdan xilas olmaq üçün ilahi müdaxiləyə ehtiyacları olduğunu vurğulayıb.
“Daha əvvəl duşda çox vaxt keçirməyərək, axıdan kranları təmir edərək və həyətlərində suya az tələbatı olan bitkilər əkərək əyalət sakinlərindən suya qənaət etmələrini istəmişdim. Amma qorxuram ki, sadəcə bu tədbirlər bizi susuzluqdan qorumaq üçün kifayət etməsin. Daha çox yağışa və indi ehtiyacımız var. İlahi bir müdaxiləyə ehtiyacımız var. Buna görə də bütün Yuta sakinlərindən 4-6 iyun tarixlərdə mənimlə birlikdə yağış duasında iştirak etməklərini istəyirəm.”
Qubernator Koks baş verəcək quraqlığın tarlara, təbiətə ziyan vura biləcəyi və dəhşətli yanğınlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
“Əməkdaşlıq edərək birlikdə dua edər, Tanrı və ya inandığınız üstün gücdən daha çox yağış yağdırmağını istəyərək dəhşətli quraqlıqdan xilas ola bilərik.” – deyə Koks qeyd edib.
trthaber