YUXARI GÖVHƏR AĞA MƏSCİDİNƏ İMAM TƏYİN OLUNUB

0

Şuşada bərpa və təmir olunmuş Yuxarı Gövhər ağa məscidinə (Şuşa cümə məscidi) imam təyin olunub.

Məscidin imamı Mirabdullah Həsənli “Report”a açıqlamasında bildirib ki, bu ayın ortalarında fəaliyyətə başlayacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə “Report”a bildirilib ki, qurumun sədri Mübariz Qurbanlının müvafiq əmri ilə Mirəbdullah Məzahir oğlu Həsənli Şuşa rayonunun imamı vəzifəsindən Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidinin imamı vəzifəsinə rotasiya edilib.

M.Həsənli 11 mart 1976-cı ildə Şuşa şəhərində anadan olub. İbtidai dini təhsilini babası ruhani Seyid Sadıqdan alıb. 1992-ci ildə Nəcəf bəy Vəzirov adına Şuşa şəhəri 2 nömrəli orta məktəbi bitirib. Həmin il Bakı İslam Universitetinə qəbul olub. 1996-cı ildə bu Universiteti axund, şəriət müəllimi ixtisası üzrə bitirib. 1997-ci ildə Şuşa Mədəni-Maarif Texnikumunda “İslam tarixi, milli əxlaq və dəyərlər” fənnini tədris edib. 2005-2006-cı illərdə həqiqi hərbi xidmət keçib. Gənc yaşlarından Şuşa şəhərində, işğal dövründə isə Bakı şəhərində şuşalıların yaşadığı ərazilərdə dini ayinlərin, yas mərasimlərinin icrası ilə məşğul olub. 2016-cı ildə Şuşa rayonu üzrə imam vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Yuxarı Gövhər ağa məscidi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİ MİNAATANLARDAN ATƏŞƏ TUTULUR

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə...

Bağla