Türkiyədə baş verən güclü zəlzələ bir daha göstərdi ki, biz bütün çətin zamanlarda birləşən və həqiqətən, bir olan xalqıq.
Bunu Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya Naxçıvan Dövlət Universitetində görüş zamanı deyib.
Baş konsul universitetdən göstərilən dəstəyə görə xüsusi minnətdarlıq edib.
Görüşdə qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, ali təhsil sahəsində də ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi perspektivləri qeyd edilib.
Report