“ZƏNGƏZUR DƏHLİZİ LOGİSTİKA VƏ TİCARƏTDƏ YENİ ALTERNATİV OLACAQ”

0

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti üç ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Zəngəzur dəhlizi də logistika və ticarətdə yeni alternativ olacaq”.

Bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunda Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının prezidenti Nail Olpak deyib.

Onun sözlərinə görə, üç ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün imkanlar genişdir: “Məsələn, bu il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 2 milyard ABŞ dolları təşkil edib. İki ölkənin bütün sahələrdə, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığı genişlənir. İşğaldan azad edilmiş ərazilərdə böyük layihələrin icrasında birlikdə ola bilərik”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDAN NÖVBƏTİ ÜMRƏ ZİYARƏTİNİN TARİXİ AÇIQLANIB

Azərbaycandan olan bir qrup zəvvarın Ümrə ziyarətinə (kiçik Həcc) qeydiyyatı başlayıb. Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin...

Bağla